...

Lavrov Azərbaycan və Ermənistanı Dağlıq Qarabağdakı vəziyyətə təsir göstərməyə çağırıb

Siyasət Materials 2 Aprel 2016 14:37 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə danışığı zamanı Dağlıq Qarabağda vəziyyətə təsir etməyə və zorakılığı dayandırmağa çağırıb.
Lavrov Azərbaycan və Ermənistanı Dağlıq Qarabağdakı vəziyyətə təsir göstərməyə çağırıb

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə danışığı zamanı Dağlıq Qarabağda vəziyyətə təsir etməyə və zorakılığı dayandırmağa çağırıb.

Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

XİN-dən bildirilib: "Rusiya Prezidentinin Dağlıq Qarabağda təmas xəttində hərbi fəaliyyətlərin bərpasına reaksiyası, eləcə də Rusiya tərəfinin vəziyyətin normallaşdırılması üzrə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslarda atdığı addımlar fonunda Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlar aparıb və zorakılığı dayandırmaq üçün vəziyyətə təsir göstərməyə çağırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti