...

Azərbaycan BMT-nin daha bir konvensiyasına qoşulub

Siyasət Materials 21 Aprel 2016 13:17 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Azərbaycan BMT-nin daha bir konvensiyasına qoşulub

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"na və "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş"ə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Trend-in məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası 1982-ci il dekabrın 10-da Yamaykanın Monteqo Bey şəhərində qəbul olunmuş "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"na və 1994-cü il iyulun 28-də Nyu-York şəhərində qəbul olunmuş "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş"ə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti