...

Nazir müavini: Azərbaycan Aİ ilə danışıqlar üçün mandat gözləyir

Siyasət Materials 16 May 2016 20:05 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə danışıqlar üçün mandat gözləyir.
Nazir müavini: Azərbaycan Aİ ilə danışıqlar üçün mandat gözləyir

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə danışıqlar üçün mandat gözləyir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

O qeyd edib: "Biz Aİ ilə strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara başlanması üçün mandat verilməsini gözləyirik".

Nazir müavini bildirib ki, qarşı tərəfdə bununla bağlı daxili proses gedir: "Düşünürəm ki, yaxın vaxtlarda mandat veriləcək və danışıqlar başlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti