...

Baş nazir: Serbiya Azərbaycanla əlaqələrini möhkəmləndirməkdə qərarlıdır

Siyasət Materials 24 May 2016 19:36 (UTC +04:00)
Serbiyanın Baş naziri Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Baş nazir: Serbiya Azərbaycanla əlaqələrini möhkəmləndirməkdə qərarlıdır

Bakı. Trend:

Serbiyanın Baş naziri Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Çox hörmətli cənab Prezident, Serbiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bir müddət əvvəl çox böyük qonaqpərvərliklə qarşılandığım ölkənizin hərtərəfli inkişafı naminə ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram.

Ali diqqətinizə çatdırıram ki, Serbiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində qərarlıyıq. Əminəm ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə uyğun olaraq Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də inkişafı və möhkəmləndirilməsi naminə birgə səylərimizi göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək, cənab Prezident, bir daha ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti