...

Malena Mard: Siyasi partiyaların maliyyə şəffaflığı vacib məsələdir (FOTO)

Siyasət Materials 7 İyun 2016 11:45 (UTC +04:00)
Bu gün Bakıda Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Avropa Şurası/Avropa İttifaqının "Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması" layihəsi çərçivəsində "Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatının təqdim edilməsi" mövzusunda seminar keçirilib.
Malena Mard: Siyasi partiyaların maliyyə şəffaflığı vacib məsələdir (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Avropa Şurası/Avropa İttifaqının "Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması" layihəsi çərçivəsində "Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatının təqdim edilməsi" mövzusunda seminar keçirilib.

Trend-in məlumatına görə, seminarda MSK sədri Məzahir Pənahov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, siyasi partiyaların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan M.Pənahov Azərbaycanda siyasi partiyaların fəaliyyətindən danışıb. O qeyd edib ki, siyasi partiyaların fəaliyyətinin təmin edilməsi üçün ölkədə lazımi şərait yaradılıb.

M.Pənahov bildirib ki, siyasi partiyalar hakimiyyət uğrunda mübarizə apardığı, xalqın maraqlarına xidmət etdiyi üçün onların fəaliyyətinin, xüsusən də maliyyə fəaliyyətinin şəffaf olması çox vacibdir.

Tədbirdə çıxış edən Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç təmsil etdiyi qurumun bu istiqamətdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib: "Azərbaycanda partiyaların maliyyə hesabatlarını təqdim etməsi ilə bağlı qanun qəbul edilib. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasına əlavə işçilər cəlb olunub. Biz də bu işdə öz töhfəmizi verəcəyik".

Sonra çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, siyasi partiyaların maliyyə şəffaflığı vacib məsələdir.

Onun sözlərinə görə, siyasi partiyalar demokratik cəmiyyətlərin təşkilatlanmasında mühüm rol oynayır: "Partiyalar bəzi ölkələrdə problemlərdə üzləşirlər. Burada maliyyə əsas yeri tutur. Bəzi dövlətlər bunu müəyyən qədər tənzimləyir. Bəzi yerlərdə bu, ürəkaçan deyil. Eyni zamanda, ümumi siyasi dəyərlərin formalaşması baxımdan da partiyaların rolu böyükdür. Biz bu sahədə Azərbaycanla əməkdaşlıq edə bilirik".

Seminar müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti