...

YAP üzvlərinin sayı açıqlandı

Siyasət Materials 5 İyul 2016 15:58 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
YAP üzvlərinin sayı açıqlandı

Bakı. Trend:

Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda 2016-cı ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər və İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı müzakirə edilib, YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilib.

Hesabatda qeyd edilib ki, bəhs edilən dövrdə 90 saylı Ağdaş seçki dairəsində təkrar parlament seçkisi keçirilib. Parlament seçkisində yaxından iştirak edən YAP möhtəşəm qələbə qazanıb və bununla da Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatların sayı 72 nəfərə çatıb.

Qeyd olunub ki, 2016-cı ilin birinci yarımilində Yeni Azərbaycan Partiyasının sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilib, bununla da partiya üzvlərinin sayı 679 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İclasda YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarımilinə dair hesabatı, İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti