...

Sergey Şoyqu Azərbaycana gəldi

Siyasət Materials 14 Avqust 2016 19:45 (UTC +04:00)
Bu gün Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib
Sergey Şoyqu Azərbaycana gəldi

Bakı. Trend:

Bu gün Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko bildirib.

Onun sözlərinə görə, səfər zamanı hərbi-texniki əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Gözlənilir ki, Sergey Şoyqu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə danışıqlar aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti