...

Siyavuş Novruzov Rusiyanın ordeni ilə təltif olunub

Siyasət Materials 15 Sentyabr 2016 18:42 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Milli Məclisinin komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Rusiya Federasiyasının "Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə təltif olunub.

YAP-dan Trend-ə verilən məlumata görə, Bakıda keçirilən təltifetmə mərasimində Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, ordu generalı Viktor Yermakov, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev, Milli Məclisin üzvləri, Əfqanıstan və Qarabağ veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti