...

Azərbaycan və Xorvatiya müqavilə-hüquq bazasının genişləndirilməsini müzakirə edib

Siyasət Materials 22 Sentyabr 2016 11:10 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici işlər naziri Miro Kovaç ilə görüşüb.
Azərbaycan və Xorvatiya müqavilə-hüquq bazasının genişləndirilməsini müzakirə edib

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici işlər naziri Miro Kovaç ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər birgə səylər və biznes dairələri arasında əlaqələrin təşviq edilməsi ilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Nazirlər həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti