...

Qazaxıstanda referendumda seçicilərin yüksək aktivliyi müşahidə olunur

Siyasət Materials 26 Sentyabr 2016 14:18 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının ölkə Konstitusiyasında dəyişikliklər edilməsi üzrə referendumda iştirak etmələri üçün Qazaxıstanda yaradılmış seçki məntəqələrində seçicilərin yüksək aktivliyi müşahidə olunur.
Qazaxıstanda referendumda seçicilərin yüksək aktivliyi müşahidə olunur

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan vətəndaşlarının ölkə Konstitusiyasında dəyişikliklər edilməsi üzrə referendumda iştirak etmələri üçün Qazaxıstanda yaradılmış seçki məntəqələrində seçicilərin yüksək aktivliyi müşahidə olunur.

Bunu Trend-ə Azərbaycanın bu ölkədəki səfirliyindən deyiblər.

Səfirlikdən qeyd ediblər ki, referendumla əlaqədar ölkədə 3 seçki məntəqəsi - Astan, Almatı və Aktauda - yaradılıb: "Səsvermə prosesi şəffaf keçirilir".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti