...

Məzahir Pənahov: Referendum baş tutdu (YENİLƏNİB)

Siyasət Materials 27 Sentyabr 2016 01:43 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) baş tutdu
Məzahir Pənahov: Referendum baş tutdu (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) baş tutdu.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 27-də keçirilmiş referendumun yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov qeyd edib ki, bu dəqiqələrə qədər Mərkəzi Seçki Komissiyasının ümumi ölkə üzrə fəaliyyət göstərən 5627 seçki məntəqəsinin 70,2 faizindən, yəni 3950-dən məlumatlar daxil olub: “Ümumilikdə bütün 5627 məntəqənin hamısı vaxtında - səhər saat 08:00-da açılıb və gün ərzində proseslər Seçki Məcələsinin tələbinə uyğun olaraq həyata keçirilib. Bütün məntəqələr vaxtında bağlanıb, gün ərzində baş verən proseslərlə yanaşı, səslərin sayılması, hesablanması və MSK-ya çatdırılması da geniş ictimaiyyətin, yəni müşahidəçilərin, KİV nümayəndələrin iştirakı ilə həyata keçirilib və ümumilikdə referendum bütün məntəqələrdə, bütün dairələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib.

MSK sədri əlavə edib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz - 3 671 707 nəfər təşkil edib: “Bildiyiniz kimi, referendumun baş tutması üçün seçicilərin 25 faizi iştirak etməlidir. Yəni ilkin olaraq bizim nəticəmiz bundan ibarətdir ki, səsvermə prosesindən 69,7 faiz seçici iştirak etdiyi üçün referendum baş tutmuş sayılır”.

O vurğulayıb ki, səsvermə çox rahat, sakit, şəffaf şəkildə keçib, seçici fəallığı yüksək olub: “Beynəlxalq və yerli müşahidəçilər də seçicilərin fəallığını vurğulayırdılar. Bütün bunlar təsdiq edir ki, seçicilər Referendum Aktına çox ciddi yanaşıb və öz münasibətlərini bildirmək üçün məntəqələrə gəliblər. Mərkəzi Seçki Komissiyası bu referendumun hazırlanıb təşkil edilməsi istiqamətində öz işini həyata keçirib, həm dairə, həm də məntəqə seçki komissiyalarının üzvləri öz vəzifələrini peşəkarlıqla görüblər”.

M.Pənahov əlavə edib ki, MSK-ya rəsmi şəkildə hər hansı şikayət daxil olmayıb: “MSK-nın “qaynar xətt”inə məlumat almaq məqsədilə müraciətlər edilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti