...

Baş prokuror: Onlar məsuliyyətdən kənarda qalmayacaqlar

Siyasət Materials 1 Oktyabr 2016 10:46 (UTC +04:00)
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşları haqqında istintaq davam etdirilir.
Baş prokuror: Onlar məsuliyyətdən kənarda qalmayacaqlar

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşları haqqında istintaq davam etdirilir.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.

Onun sözlərinə görə, istintaq 280 epizod üzrə davam etdirilir:

"Cinayət işinin biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam etdirilir. İstintaq nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlarsa, onlar bu məsuliyyətdən kənarda qalmayacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti