...

Pakistanın Milli Assambleyası sədrinin müavini Azərbaycana səfər edəcək

Siyasət Materials 8 Oktyabr 2016 17:40 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Milli Assambleyası sədrinin müavini Murtaza Cavid Abbasi ilə görüşüb.
Pakistanın Milli Assambleyası sədrinin müavini Azərbaycana səfər edəcək

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Milli Assambleyası sədrinin müavini Murtaza Cavid Abbasi ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələrdən söhbət açan səfir, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin də önəmli rolunun olduğunu vurğulayıb. İşğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, müsəlman aləminə aid dini abidələrin, ziyarətgahların, məscid və digər obyektlərin dağıdılması, təhqirə məruz qoyulması haqqında məlumat verən səfir Xocalı soyqrımını tanıması və bu soyqrımı törədənlərin məsuliyyətə cəlb edilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin Pakistan Parlamenti tərəfindən qəbul edilməsinin yüksək qiymətləndirildiyini qeyd edib. Diplomat Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasını dəstəklədiyini bildirib.

M.C.Abbasi iki ölkə arasında tarixi, dini, mədəni bağlılıqların möhkəm olduğunu, Pakistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, ölkəsinin Azərbaycanla parlamentlərarası əlaqələri daha da genişləndirmək istədiyini və Bakıya səfər edəcəyini qeyd edib. Xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafının önəmindən danışan M.C.Abbasi Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin məmnunluqla qarşılandığını bildirib.

Görüşdə həmçinin, parlamentlərarası münasibətlərin, eləcə də dostluq qrupları arasında əlaqələrin daha da artırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti