...

MSK referendumun nəticələrini təsdiq etdi (YENİLƏNİB)

Siyasət Materials 11 Oktyabr 2016 17:35 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) nəticələrini təsdiq edib.
MSK referendumun nəticələrini təsdiq etdi (YENİLƏNİB)

İlk xəbər saat 16:49-da yayılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyası Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) nəticələrini təsdiq edib.

X X X

16:49

Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referendum) yekun vurulması və referendumun nəticələrinin elan edilməsi ilə bağlı iclası keçirilir.

Trend-in məlumatına görə, MSK iclasında referenduma yekun vurulması və yekunların elan edilməsi barədə qərar qəbul edib.

Qərarda bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referendum) çıxarılmış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir.

Sənəddə qeyd edilir ki, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulsun, ümumxalq səsverməsi (referendum) baş tutmuş sayılaraq Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin, referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş Aktın mətni dərc edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti