...

Səfir: Rusiya-Azərbaycan-Türkiyə üçtərəfli formatı ciddi irəliləyişlərin olduğunu göstərir

Siyasət Materials 12 Oktyabr 2016 13:50 (UTC +04:00)
Rusiya-Azərbaycan-Türkiyə, həmçinin Rusiya-Azərbaycan-İran üçtərəfli formatları ciddi irəliləyişlərin, sülh və sabitlik regionu yaratmaq üçün zəminlərin olduğunu göstərir.
Səfir: Rusiya-Azərbaycan-Türkiyə üçtərəfli formatı ciddi irəliləyişlərin olduğunu göstərir

Bakı. Trend:

Rusiya-Azərbaycan-Türkiyə, həmçinin Rusiya-Azərbaycan-İran üçtərəfli formatları ciddi irəliləyişlərin, sülh və sabitlik regionu yaratmaq üçün zəminlərin olduğunu göstərir.

Trend-in məlumatına görə, bunu "Vestnik Kavkaza" agentliyinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, indi yalnız Dağlıq Qarabağ münaqişəsini həll etmək qalıb.

Səfir qeyd edib: "Bizi qardaş, həmçinin Rusiya və Türkiyə ilə böyük əlaqələri olan dövlət kimi bu ölkələr arasında əlaqələrin 180 dərəcə dəyişməsi bizi sevindirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti