...

Azərbaycan Ordusunun bütün tank bölmələrində məşqlər keçirilir (FOTO/VİDEO)

Siyasət Materials 17 Oktyabr 2016 16:03 (UTC +04:00)
Tank bölmələri döyüş vərdişlərini təkmilləşdirir.
Azərbaycan Ordusunun bütün tank bölmələrində məşqlər keçirilir (FOTO/VİDEO)

Bakı. Trend:

2016-cı il üçün hazırlıq planına əsasən Azərbaycan Silahlı Qüvvələrinin bütün tank bölmələrində məşqlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti