...

Aİ və Azərbaycan arasında yeni danışıqlar başlayacaq (ÖZƏL)

Siyasət Materials 4 Noyabr 2016 11:23 (UTC +04:00)
Azərbaycan Aİ-nin daxili müzakirələrinə müdaxilə etmir, bütün məsələləri Avropa özü həyata keçirir.
Aİ və Azərbaycan arasında yeni danışıqlar başlayacaq (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlar üçün mandat bu ilin sonuna kimi verilə bilər.

Bunu Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini bildirib: “Azərbaycan Aİ-nin daxili müzakirələrinə müdaxilə etmir, bütün məsələləri Avropa özü həyata keçirir. Düşünmürəm ki, yeni sazişlə bağlı Avropa İttifaqının mənfi münasibəti olsun”.

M.Məmməd-Quliyevin sözlərinə görə, danışıqlar üçün mandat verildikdən sonra ikitərəfli münasibətlər daha da dərinləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti