...

Məzahir Pənahov ABŞ-da seçkiləri izləyəcək

Siyasət Materials 8 Noyabr 2016 09:57 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkəyə səfər edib.
Məzahir Pənahov ABŞ-da seçkiləri izləyəcək

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkəyə səfər edib.

MSK-dan Trend-ə verilən məlumata görə, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) Prezidenti Vilyam Svininin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılmaqla bərabər IFES prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparacaq. Seçki günü həmçinin, MSK sədrinin məntəqələrdə gedən prosesləri müşahidə etməsi də nəzərdə tutulur.

M.Pənahov IFES prezidentinin dəvəti ilə noyabrın 9-da keçiriləcək Qlobal Seçki Təşkilatının növbəti – 7-ci (GEO-7) konfransında da iştirak edəcək. Dünyanın müxtəlif ölkələrindən çoxsaylı seçki qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də beynəlxalq seçki ekspertlərinin qatılacağı konfransda seçkilərlə bağlı müxtəlif mövzularda müzakirələr keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi aparılması gözlənilir.

ABŞ səfəri zamanı MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti