...

Ekspert: BMT məmurları Azərbaycanla bağlı qəbulolunmaz hesabat yaymaqla qurumu pis vəziyyətdə qoyublar

Siyasət Materials 12 Noyabr 2016 15:26 (UTC +04:00)
Bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.
Ekspert: BMT məmurları Azərbaycanla bağlı qəbulolunmaz hesabat yaymaqla qurumu pis vəziyyətdə qoyublar

Bakı. Elmira Tariverdiyeva - Trend

Maraqlısı odur ki, BMT-nin insan hüquqları üzrə komitəsinin "Azərbaycanda erməni milli azlığına qarşı hüquq pozuntuları və ayrı-seçkilik hallarının baş verməsi" barədə hesabatı məhz erməni hüquqşünaslarının Bakıda olduğu və burada ermənilərlə görüşdüyü vaxtda nəşr olunub.

Bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Hesabatda yer tapan "vətəndaşlığından asılı olmayaraq erməni soyadı daşıyan əcnəbilər Azərbaycana buraxılmır" qeydinə münasibət bildirən E.Ələsgərov deyib: "Yəqin ki, BMT alt komitələrinin məmurları nüfuzlu təşkilatı pis vəziyyətdə qoyub. Onlar kiminsə iradəsinin icraçılarıdır və adəti üzrə Azərbaycana qarşı baş verən kampaniyalar zamanı BMT komitəsinin hesabatında yalan faktlardan istifadə ediblər".

Onun sözlərinə görə, BMT-dən danışarkən, dərhal bu qurumun Dağlıq Qarabağ barədə verdiyi dörd qətnamənin icra olunmadığı yada düşür. Bu qətnamələrdə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması tələb olunur.

E.Ələsgərov bildirib ki, Azərbaycanda yaşayan ermənilərin hüquqlarına gəlincə, ölkədə otuz min erməni yaşayır, hətta Ermənistan vətəndaşları da daha sonra üçüncü ölkəyə keçmək məqsədilə qoşunların təmas xəttini könüllü şəkildə keçərək Azərbaycanda sığınacaq tapır.

Ekspertin sözlərinə görə, əgər BMT-nin erməni soyadlı şəxslərin Azərbaycan sərhədini keçməsi ilə bağlı sualları yaranırsa, o zaman Azərbaycanda ermənilərin törətdiyi çoxlu sayda terror aktlarını xatırlamaq lazımdır.

BMT-nin hesabatını qəbulolunmazdır adlandıran ekspert əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Birinci Avropa Oyunlarında erməni idmançını şəxsən medalla təltif etmişdi: "Bu, Azərbaycanın ümumi konsepsiyasına daxildir, yəni Azərbaycanın düşməni xalq yox, sadəcə ermənilərin bizə qarşı müharibə edən hissəsidir. BMT-nin Bakıda nümayəndəliyinin olmasını da nəzərə alsaq, bu onlara məlum olmalıdır. Bu barədə nümayəndəliyin münasibəti maraqlı olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti