...

Azərbaycan Silahlı Qüvvələrində irimiqyaslı təlimlər (FOTO/VİDEO)

Siyasət Materials 14 Noyabr 2016 17:52 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrində irimiqyaslı təlimlər keçirilir
Azərbaycan Silahlı Qüvvələrində irimiqyaslı təlimlər (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrində irimiqyaslı təlimlər keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səhra şəraitində qoşunların idarə olunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçirilir.

Noyabrın 18-dək davam edəcək təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

Təlimlər zamanı qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunacaq.

Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti