...

Naxçıvanda irimiqyaslı hərbi təlimlər davam edir (FOTO)

Siyasət Materials 15 Noyabr 2016 14:53 (UTC +04:00)
Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edir.
Naxçıvanda irimiqyaslı hərbi təlimlər davam edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində "Həyəcan" siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təlimlər keçirilir.

Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti