...

Erməni nümayəndə heyəti NATO PA-da biabır edildi

Siyasət Materials 20 Noyabr 2016 16:21 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar İstanbulda NATO Parlament Assambleyasının 62-ci sessiyası çərçivəsində keçirilən Müdafiə və təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı erməniləri biabır etdi.
Erməni nümayəndə heyəti NATO PA-da biabır edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar İstanbulda NATO Parlament Assambleyasının 62-ci sessiyası çərçivəsində keçirilən Müdafiə və təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı erməniləri biabır etdi.

Bunu Trend-ə iclasda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, H.Akar erməni nümayəndə heyətinin rəhbərini əxlaqsız, tərbiyəsiz, şərəfsiz və mənəviyyatsız adlandırdı: “Erməni deputat Hulusi Akara yersiz suallar verdi ki, "İraqı siz tutmusunuz, İŞİD-ə dəstək verirsiniz" və s. Hulusi Akar da çıxışında bu məsələlərin hamısına aydınlıq gətirdi və bildirdi ki, əgər bir nəfər bizim İraqda nə iləsə məşğul olduğumuzu sübut edə bilsə, mən istefa verməyə hazıram və erməni deputatını əxlaqsız, tərbiyəsiz, şərəfsiz və mənəviyyatsız adlandırdı”.

S.Novruzov əlavə edib ki, H.Akarın erməni deputata dediyi sözləri zaldakıılar ayağa qalxıb alqışladılar: “Bütün zal alqışladı ki, ermənilər, siz mənəviyyatsızsınız, əxlaqsızsınız”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti