...

Aleksandr Lukaşenko ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 29 Noyabr 2016 11:38 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Aleksandr Lukaşenko ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Trend-in məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Prezident A.Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək məzarları üzərinə güllər qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti