...

Millət vəkili: Bu tədbirlər elektrik enerjisi və təbii qazdan istifadədə qənaətə səbəb olacaq

Siyasət Materials 29 Noyabr 2016 12:59 (UTC +04:00)
Bazar iqtisadiyyatı şəraitində hər sahədə qiymətlər tez-tez dəyişdiyindən kommunal xidmətlərin qiymətində də dəyişikliklərin olması gözləniləndir.
Millət vəkili: Bu tədbirlər elektrik enerjisi və təbii qazdan istifadədə qənaətə səbəb olacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Bazar iqtisadiyyatı şəraitində hər sahədə qiymətlər tez-tez dəyişdiyindən kommunal xidmətlərin qiymətində də dəyişikliklərin olması gözləniləndir.

Bunu Trend-ə millət vəkili Rüfət Quliyev deyib.

R.Quliyev qeyd edib ki, Tarif (qiymət) Şurasının 28 noyabr tarixli iclasında təbii qaz, elektrik enerjisi və digər bəzi yanacaq növlərinin satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb:

“O cümlədən elektrik enerjisi və təbii qazın qiymətlərində diferensial dəyişikliklər baş verib. Belə ki, elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq istehlakı 250 kilovat-saat üçün dəyişilməyərək 1 kilovat saata görə 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat saatdan çox olan hissəsi üçün 11 qəpik müəyyənləşib. Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetrə görə hazırkı 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib”.

Millət vəkili bildirib ki, bu tədbirlər elektrik enerjisindən və təbii qazdan istifadədə qənaətə səbəb olacaq:

“Hesab edirəm ki, bu, aztəminatlı ailələrə təsir göstərməyəcək. Xalqın rifahı həmişə ölkə rəhbərliyinin diqqət mərkəzindədir və sosial müdafiəyə ehtiyacı olanlara mümkün olan köməkliklər göstəriləcək”.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti