...

Samir Şərifov: Azərbaycanda keyfiyyətcə yeni makroiqtisadi vəziyyət formalaşıb (YENİLƏNİB-2)

Siyasət Materials 30 Noyabr 2016 11:48 (UTC +04:00)
Qlobal iqtisadi böhranın davam etməsi, 2014-cü ildən neft qiymətlərinin kəskin ucuzlaşması və digər xarici amillər Azərbaycanda keyfiyyətcə yeni makroiqtisadi vəziyyətin formalaşmasına gətirib çıxardı.
Samir Şərifov: Azərbaycanda keyfiyyətcə yeni makroiqtisadi vəziyyət formalaşıb (YENİLƏNİB-2)

Bakı. Ənvər Məmmədov - Trend:

Qlobal iqtisadi böhranın davam etməsi, 2014-cü ildən neft qiymətlərinin kəskin ucuzlaşması və digər xarici amillər Azərbaycanda keyfiyyətcə yeni makroiqtisadi vəziyyətin formalaşmasına gətirib çıxardı.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisdə 2017-ci və növbəti 3 il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov bildirib ki, Azərbaycanda 2017-ci ildə ümumi daxili məhsulun (ÜDM) real artımının 1 faiz, qeyri-neft sektorunun isə 2,5 faiz həcmində olması proqnozlaşdırılır.

Onun sözlərinə görə, 2016-cı il üçün ölkədə ÜDM-in həcmi 58,8 milyard səviyyəsində gözlənilir. Bu rəqəm ötənilki göstəricidən 2,8 faiz azdır.

Nazir həmçinin qeyd edib ki, əsas hədəf makroiqtisadi sabitliyin saxlanmasıdır və bununla bağlı dövlət büdcəsinin yığcamlaşdırılması davam etdiriləcək:

“2017-ci il üçün dövlət büdcəsində yeni iqtisadi dəyişikliklər, eləcə də Azərbaycanın qarşılaşdığı strateji çağırışlar nəzərdə tutulub. Bundan başqa, dövlət büdcəsində sosial yönümlü siyasətin davam etdirilməsi üçün müəyyən maliyyə təminatı yaradılıb”.

Qeyd edək ki, büdcə zərfi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti