...

Pakistanın federal ticarət naziri Azərbaycana gələcək

Siyasət Materials 30 Noyabr 2016 13:10 (UTC +04:00)
Pakistanın federal ticarət naziri Hürrəm Dəstgir Xan iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı imkanlarının müzakirəsi üçün Azərbaycana səfər edəcək.
Pakistanın federal ticarət naziri Azərbaycana gələcək

Bakı. Səba Ağayeva - Trend:

Pakistanın federal ticarət naziri Hürrəm Dəstgir Xan iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı imkanlarının müzakirəsi üçün Azərbaycana səfər edəcək.

Trend-in diplomatik mənbədən əldə etdiyi məlumata görə, nazirin səfəri çərçivəsində dekabrın 6-7-də Azərbaycan-Pakistan biznes forumu da keçiriləcək.

Nümayəndə heyətinə 80-ə yaxın iş adamı daxil olacaq. Biznes forumda qida sənayesi, yüngül sənaye, əczaçılıq, idman geyimləri ishtehsalı və digər sahələrdə təmsil olunan Pakistan şirkətlərinin nümayəndələri iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti