...

Mədət Quliyev: "Reket jurnalist"lər müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar

Siyasət Materials 12 Dekabr 2016 10:50 (UTC +04:00)
"Reket jurnalist"lər bu cür videogörüntülərlə həmin şəxslərdən pul tələb ediblər.
Mədət Quliyev: "Reket jurnalist"lər müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar

Bakı. Samir Əli - Trend:

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs olunan "reket jurnalist"lər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub, müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

Onun sözlərinə görə, "reket jurnalist"lər bu cür videogörüntülərlə həmin şəxslərdən pul tələb ediblər: "Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti