...

Ümummilli lider Heydər Əliyev Polşada anılıb

Siyasət Materials 13 Dekabr 2016 14:28 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anım günü (12 dekabr) münasibətilə Azərbaycanın Polşadakı səfirliyində tədbir keçirilib.
Ümummilli lider Heydər Əliyev Polşada anılıb

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anım günü (12 dekabr) münasibətilə Azərbaycanın Polşadakı səfirliyində tədbir keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, həmvətənlərimiz və polşalı qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Səfirliyin müşaviri Ülvi Baxşəliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, geniş dünyagörüşü, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib.

Tədbirdə iştirak edən “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri Şəhla Kazımova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan elminin, dilinin və ədəbiyyatının təbliğində göstərdiyi xüsusi diqqət və qayğı, verdiyi mühüm qərarlar haqqında danışmışdır.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti