...

XİN: İstanbulda terror aktında daha bir Azərbaycan vətəndaşı yaralanıb (YENİLƏNİB)

Siyasət Materials 1 Yanvar 2017 12:52 (UTC +04:00)
İstanbulda törədilmiş aktı nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının sayı 2 nəfərə çatıb
XİN: İstanbulda terror aktında daha bir Azərbaycan vətəndaşı yaralanıb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:58-də yayılıb)

Bakı. Trend:

İstanbulda törədilmiş terror aktı nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının sayı iki nəfərə çatıb.

Bunu Trend-ə Azərbayacan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hazırda Azərbaycanın İstanbuldakı Baş Konsulluğu yaralanan şəxslərin kimliyini araşdırır.

X X X

11:58

İstanbulda törədilmiş terror aktında yaralananlar arasında Azərbaycan vətəndaşı olan bir qadının olması barədə məlumat daxil olub.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti