...

Azərbaycandan nümayəndə heyəti İranın sabiq prezidentinin dəfn mərasimində iştirak edib

Siyasət Materials 11 Yanvar 2017 09:38 (UTC +04:00)
Milli Məclisin nümayəndə heyəti İranın sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak ediblər.
Azərbaycandan nümayəndə heyəti İranın sabiq prezidentinin dəfn mərasimində iştirak edib

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin nümayəndə heyəti İranın sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak ediblər.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətinə Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə daxildir.

Səfər yanvarın 12-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti