...

Erkan Özoral: 2017-ci ildə iki ölkə arasında həyata keçirilən layihələrdən böyük uğurlar gözlənilir

Siyasət Materials 24 Yanvar 2017 21:08 (UTC +04:00)
Türkiyə və Azərbaycan münasibətləri hər zaman dinamik inkişaf edir.
Erkan Özoral: 2017-ci ildə iki ölkə arasında həyata keçirilən layihələrdən böyük uğurlar gözlənilir

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə və Azərbaycan münasibətləri hər zaman dinamik inkişaf edir.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

İki ölkə arasında diplomatik əlaqələrin qurulmasından 25 il keçdiyini vurğulayan diplomat qeyd edib ki, gələcəkdə də qarşılıqlı münasibətlər davam edəcək.

E.Özoral bildirib ki, 2017-ci ildə iki ölkə arasında həyata keçirilən layihələrdən böyük uğurlar gözlənilir. "İlk növbədə yaxın zamanda işə düşməsi planlaşdırılan layihə Bakı-Tiflis-Qars dəmiryoludur. Həmçinin bu il digər layihələrin də reallaşdırılması istiqamətində mühüm addımlar atılacaq. Ümumiyyətlə iki ölkənin birgə reallaşdırdığı layihələrin əsas məqsədi ölkələrimizin və xalqlarımızın münasibətlərini yaxınlaşdırmaqdır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti