...

İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 30 Yanvar 2017 09:47 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.
İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının  yekunlarına həsr olunan konfransda iştirak edir (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Dövlət başçısı konfransda giriş nitqi söyləyir.

Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov, Balıq yemi istehsalı zavodunun direktoru Zaur Salmanov çıxış etdilər.

Dövlətimizin başçısı konfransda yekun nitqi söylədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti