...

Nazim İbrahimov Amerika Yəhudi Komitəsinin prezidenti və icraçı direktoru ilə görüşüb (FOTO)

Siyasət Materials 30 Yanvar 2017 11:55 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun və icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazim İbrahimov Amerika Yəhudi Komitəsinin prezidenti və icraçı direktoru ilə görüşüb (FOTO)

Bakı. Anaxanım Hidayətova - Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun və icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, Nazim İbrahimov Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında bir neçə il əvvəl başlayan əməkdaşlığın ildən-ilə inkişaf etdiyini vurğulayıb və bu münasibətlərin daha da inkişaf etdiyini bildirib.

O, D.Harrisin hər dəfə prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsinin onun əlaqələrin inkişafına və münasibətlərə nə qədər önəm verdiyinin göstəricisi olduğunu bildirib: "Azərbaycan bütün dünyadakı yəhudi icmaları ilə daha sıx əlaqələrin qurulmasına önəm verir. Bu cəhətdən Amerika Yəhudi Komitəsinin xüsusi rolu var".

D.Harris İsrailin baş naziri Benyamin Netanyahunun ötən ilin dekabrında Azərbaycana səfərini qeyd edərək bu hadisəni yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti