...

Milli Məclisdə “Müasir çağırışlar və İslam həmrəyliyi” mövzusunda konfrans keçirilib

Siyasət Materials 31 Yanvar 2017 16:57 (UTC +04:00)
Azərbaycan Prezidentinin 2017-cı ili “İslam Həmrəyliyi İli” elan etməsi İslam dünyasında siyasi liderlər içərisində İslam həmrəyliyinə çağırış adlandırılır.
Milli Məclisdə “Müasir çağırışlar və İslam həmrəyliyi” mövzusunda konfrans keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidentinin 2017-cı ili “İslam Həmrəyliyi İli” elan etməsi İslam dünyasında siyasi liderlər içərisində İslam həmrəyliyinə çağırış adlandırılır.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Milli Məclisdə “Müasir çağırışlar və İslam həmrəyliyi” mövzusunda keçirilən konfransda çıxışı zaman deyib.

M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin bununla bağlı sərəncamında söhbət təkcə dindən getmir: “İslam dünyasında həmrəylik təkcə dinlə bağlı deyil. Dünyada bugünkü çağırışlar baxımından İslam həmrəyliyi vacib əhəmiyyət kəsb edir. Çünki bu gün İslam dünyasına qarşı müəyyən təzyiqlər, basqılar müşahidə edirik. Bu baxımdan İslam dünyasının iqtisadi sahdə həmrəyliyi, beynəlxalq təşkilatlarda həmrəyliyi olmalıdır”.

Komitə sədri qeyd edib ki, bu gün 7 milyard dünya əhalisinin 25 faizi İslam dininə sitayiş edir: “İslam dünyası 100 trilyon dollarlıq dünya iqtisadiyyatında yalnız 8,5 faiz paya malikdir. Dünya neft ehtiyatlarının 60 faizi, qaz ehtiyatlarının 62 faizi İslam ölkələrindədir. Ancaq internetləşmənin səviyyəsi İslam ölkələrində dünya orta göstəricisindən 4 dəfə azdır. Dünyadakı elmi kəşflərin yalnız 1,5 faizi İslam alimlərinin payına düşür. Nobel mükafatçılarının yalnız 2-3 faizi İslam alimləridir. İslam ölkələri arasında iqtisadi sahədə, beynəlxalq təşkilatlarda, siyasi sahədə bir həmrəlyik olmalıdır. Bütün bu çağırışlar Prezidentin sərəncamında əksini tapıb. İslam həmrəyliyi svilizasiyalararası həmrəyliyə bir körpü yaratmaq məqsədi daşıyır”.

M.Qurbanlı çıxışında həmçinin deyib: “Biz bu sahədə ilk tədbirin məhz Milli Məclisin Kitabxanasında keçirilməsini vacib saydıq. Dövlət Komitəsi olaraq Kitabxanaya 50 kitab hədiyyə etdik. Bu kitablar arasında “İslam ensiklopediyası”, Quran da var. Deputatlar bu kitablardan bəhrələnə bilərlər ”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti