...

Çavuşoğlu: Türkiyə Azərbaycanla birgə yeni üçtərəfli formatların yaradılması işlərini davam etdirir

Siyasət Materials 18 Mart 2017 13:25 (UTC +04:00)
Türkiyə yeni üçtərəfli formatların yaradılması işlərini davam etdirir.
Çavuşoğlu: Türkiyə Azərbaycanla birgə yeni üçtərəfli formatların yaradılması işlərini davam etdirir

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə yeni üçtərəfli formatların yaradılması işlərini davam etdirir.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan-Rusiya və Türkiyə-Azərbaycan-Qazaxıstan kimi formatlar çərçivəsində tərəflər qarşılıqlı anlaşmanın artırılması üçün addımlar atılır.

Nazir qeyd edib ki, bu gün rəsmi Ankara Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Gürcüstan kimi üçtərəfli formatlarda iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti