...

Səfir Rəşad Aslanov etimadnaməsini Argentina Prezidentinə təqdim edib

Siyasət Materials 27 Mart 2017 19:07 (UTC +04:00)
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Argentina Prezidenti Maurisio Makriyə təqdim edib.
Səfir Rəşad Aslanov etimadnaməsini Argentina Prezidentinə təqdim edib

Bakı. Trend:

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Argentina Prezidenti Maurisio Makriyə təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasim zamanı keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Argentina Prezidentinə çatdırıb.

Prezident Maurisio Makri onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov Azərbaycan haqqında Prezident Maurisio Makriyə ətraflı məlumat verib. Görüş əsnasında həmçinin Azərbaycan və Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident Maurisio Makri səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti