...

Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 3 Aprel 2017 10:18 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.
Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Nursultan Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti