...

Deputat: Azərbaycanda dinə olan qayğı digər dövlətlər üçün də nümunədir

Siyasət Materials 12 Aprel 2017 18:43 (UTC +04:00)
“Azərbaycanda din dövlətdən ayrı olsa da, dinin sərbəst fəaliyyət göstərməsinə, inanclı insanların öz əqidəsinə uyğun hərəkət etməsinə və dini ayinlərin keçirilməsinə həmişə böyük diqqət yetirilib”.
Deputat: Azərbaycanda dinə olan qayğı digər dövlətlər üçün də nümunədir

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycanda din dövlətdən ayrı olsa da, dinin sərbəst fəaliyyət göstərməsinə, inanclı insanların öz əqidəsinə uyğun hərəkət etməsinə və dini ayinlərin keçirilməsinə həmişə böyük diqqət yetirilib”.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, bu münasibət həm ənənəvi və tariximizə bağlı olan İslam dininə, həm də digər dünyəvi dinlərin nümayəndələrinə göstərilir: “Ölkəmizdə məscidlərin dövlət hesabına təmir edilməsi, onların pulsuz qazla təchizi və yeni məscidlərin tikintisi bu qəbildən olan məsələlərdəndir. Dövlət başçısının İslam, Xristian və digər dinlərə məxsus bayramlar zamanı təbriklər göndərməsi və özünün həmin mərasimlərdə iştirakı buna bir daha böyük nümunədir”.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycanın bütün bölgələrində məscidlər tikilib, təmir edilib və insanların sərbəst şəkildə dini ayinləri yerinə yetirməsi üçün bütün şərait yaradılıb: “Bakıda ən böyük məscidin tikilməsi və həmin məsciddə ayinlərin sərbəst şəkildə keçirilməsi buna yaxşı nümunədir. Eyni zamanda Azərbaycanda dini inanclı insanların dünyanın müxtəlif müqəddəs yerlərini ziyarət etməsi üçün də müvafiq şərait yaradılıb. Hesab edirəm ki, Azərbaycanda dinə olan qayğı və müxtəlif dinlərin nümayəndələrinin sərbəst şəkildə, qarşılıqlı hörmətlə yaşaması başqa dövlətlər üçün də yaxşı nümunə ola bilər. Bu, Azərbaycan reallığıdır, hər bir azərbaycanlının əqidəsi və gündəlik həyat tərzidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti