...

Nazir: Barəsində həbs qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan şəxslərin sayı artıb

Siyasət Materials 13 Aprel 2017 20:34 (UTC +04:00)
Barəsində həbs qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan, habelə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin sayı xeyli artıb.
Nazir: Barəsində həbs qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan şəxslərin sayı artıb

Bakı. Trend:

Barəsində həbs qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan, habelə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin sayı xeyli artıb.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Fikrət Məmmədov Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilən geniş iclasında deyib.

Bildirilib ki, bununla əlaqədar həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması ilə bağlı təcrübə Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək bu günlərdə Plenumun geniş iclasında müzakirə olunub, bu sahədə mövcud nöqsanların aradan qaldırılması və vahid məhkəmə təcrübəsinin yaradılması məqsədilə bütün məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınıb.

İclasda qeyd olunub ki, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanılması nəticəsində 450-yə yaxın həbsdə olan şəxs qanuni əsaslarla istintaq təcridxanalarından azadlığa buraxılıb, təcridxanalara daxil olan həbs edilmiş şəxslərin sayı xeyli azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti