...

TürkPA-nın müşahidə missiyası Türkiyədə referendumu izləyəcək (FOTO)

Siyasət Materials 15 Aprel 2017 12:59 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti aprelin 16-da Türkiyədə Konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumu müşahidə etmək məqsədi ilə Ankarada səfərdədir.
TürkPA-nın müşahidə missiyası Türkiyədə referendumu izləyəcək (FOTO)

Bakı. Trend:

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti aprelin 16-da Türkiyədə Konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumu müşahidə etmək məqsədi ilə Ankarada səfərdədir.

TürkPA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ümumxalq səsverməsi ərəfəsində bir sıra görüşlər keçirib. Nümayəndə heyətinə deputat Ağalar Vəliyev, TürkPA-nın baş katibi Jandos Asanov, həmçinin Qazaxıstan və Qırğızıstanın parlament təmsilçiləri daxildirlər.

Nümayəndə heyətinin üzvləri referendumla bağlı Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güvənlə görüşüblər. S.Güvən bildirib ki, referendum üçün hazırlıqlar yekunlaşıb.

TürkPA nümayəndə heyəti aprelin 16-da keçiriləcək səsvermə prosesinin gedişini izləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti