...

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 16 Aprel 2017 16:00 (UTC +04:00)
Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı. Trend:

Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Cənab Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu, eləcə də regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti