...

Bahar Muradova: Türkiyədə referendum yüksək səviyyədə, bütün demokratik standartlara uyğun keçirildi

Siyasət Materials 18 Aprel 2017 10:24 (UTC +04:00)
Türkiyə vətəndaşlarını ümumxalq səsverməsi və referendumun nəticələri münasibətilə təbrik etmək lazımdır.
Bahar Muradova: Türkiyədə referendum yüksək səviyyədə, bütün demokratik standartlara uyğun keçirildi

Bakı. Anaxanım Hidayətova - Trend:

Türkiyə vətəndaşlarını ümumxalq səsverməsi və referendumun nəticələri münasibətilə təbrik etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə deyib.

B.Muradovanın sözlərinə görə, həqiqət bundan ibarətdir ki, Türkiyədə bütün qərarlar xalqın əksəriyyətinin iştirakı ilə qəbul edilir və xalqın gələcəyə yönəlmiş hədəflərinə xidmət edir:

"Düşünürəm ki, əldə olunmuş nəticə türkiyəli seçicilərin - vətəndaşların qərarıdır və bu da nəzərə alınmalıdır. Həmin müddətdə həm daxildə, həm də xaricdə Türkiyə vətəndaşlarının çox qızğın müzakirələrinin şahidi olduq. Nəticə ortadadır: referendum yüksək səviyyədə, bütün demokratik standartlara uyğun şəkildə keçirildi. Əminəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və bütün qərarlarda xalqın dəstəyini alan Ədalət və İnkişaf Partiyası bundan sonra da xalqa vəd etdiyini yerinə yetirəcək, həmçinin xarici tərəfdaşları və müttəfiqlərinə münasibətdə Türkiyənin əsas maraqlarını rəhbər tutaraq, referendumun nəticələrinin verdiyi üstünlüklərdən yararlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti