...

Aİ Azərbaycanda dövlət idarəçiliyinin gücləndirilməsi məqsədilə aparılan islahatları dəstəkləyir

Siyasət Materials 21 Aprel 2017 13:02 (UTC +04:00)
Bakıda Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" Proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” 1-ci çoxtərəfli Platforması nəzdində yaradılmış Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində “Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminar keçirilib.
Aİ Azərbaycanda dövlət idarəçiliyinin gücləndirilməsi məqsədilə aparılan islahatları dəstəkləyir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakıda Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" Proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” 1-ci çoxtərəfli Platforması nəzdində yaradılmış Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində “Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminar keçirilib.

Trend-in məlumatına görə, seminar Avropa Xarici Fəaliyyət Xidməti və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov çıxışında Aİ ilə Azərbaycan arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin, o cümlədən Aİ tərəfindən dəstəklənən institusional quruculuq alətlərinin xüsusi əhəmiyyətini vurğulayıb. Beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini bildirən sədr müavini "Şərq Tərəfdaşlığı"nın Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində aparılan təcrübə və bilik mübadiləsinin qarşılıqlı faydasını qeyd edib.

B.Xəlilov Azərbaycanda hələ bir necə il əvvəl Azərbaycanda dövlət qulluğu sahəsi üzrə bazanın yaradıldığını və onun hazırda da fəaliyyət göstərdiyini söyləyib. Onun sözlərinə görə, bu bazaya dövlət qulluqçularının işi barədə bütün məlumatları əldə etməyə imkan verən yeni alətlərin daxil edilməsi yaxşı olardı.

Aİ-nin Azərbaycan bölməsinin Əməliyyatlar bölməsinin müdiri Yerun Villems bildirib ki, “Şərq tərəfdaşlığı” proqramı təcrübə mübadiləsi üçün geniş imkanlar təklif edir:

"İstənilən ölkədə dövlət xidmətləri dövlətin idarəedilməsinin əsas motivi olur. Mən inanıram ki, Avropa İttifaqı Azərbaycana dövlətin idarəedilməsi sahəsində əsas prinsipləri təqdim edəcək. Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nın iştirakçıları olan digər ölkələr kimi Azərbaycanda da dövlətin idarəçiliyi sahəsinə xüsusi diqqət yetirilir. Avropa İttifaqı daim Azərbaycanda dövlət idarəçiliyinin gücləndirilməsi məqsədilə aparılan islahatların əsaslarını dəstəkləyir".

Y.Villems deyib ki, Azərbaycanda institusional quruculuq üzrə hazırki islahatların əsas bölmələrindən biri də Tviniq layihələridir. Bu yaxınlarda Azərbaycanda Tviniq layihələrinin icrasının 10 illiyinin qeyd edildiyini xatırladan Y.Villems hesab edir ki, Azərbaycanda Tvininq layihələrinin səviyyəsinin yüksəlməsi digər layihələr üzrə də əməkdaşlığın sayının artmasına səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti