...

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mükafatlandırma mərasimində iştirak edib (VİDEO) (FOTO)

Siyasət Materials 18 May 2017 18:03 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışları mayın 18-də başa çatıb
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mükafatlandırma mərasimində iştirak edib (VİDEO) (FOTO)

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışları mayın 18-də başa çatıb.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib.

Bu çəkidə dünya çempionumuz Cavid Çələbiyev birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti