...

Mədət Quliyev: Turistlər Azərbaycana ona görə gəlirlər ki...

Siyasət Materials 19 May 2017 15:10 (UTC +04:00)
“IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasətin bir nümayişidir”.
Mədət Quliyev: Turistlər Azərbaycana ona görə gəlirlər ki...

Bakı. Elçin Mehdiyev - Trend:

“IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasətin bir nümayişidir”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev bildirib.

M.Quliyev qeyd edib ki, bu gün Azərbaycan idmançıları yarışlarda çoxsaylı qələbələr əldə edirlər: “Ancaq əsas məqam odur ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirilir. Elə bunun özü artıq Azərbaycan üçün bir qələbədir”.

DTX rəisi əlavə edib ki, bu gün Azərbaycan dünyada tanınır, dünya üçün bir nümunədir: “Ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq. Bu gün biz bunun şahidi oluruq. Bu gün Azərbaycana turist axını da bunu göstərir. Turistlər hər hansı bir narahatlıq olan, təhlükəsiz olmayan ölkəyə gələrlərmi? Təbii ki, gəlməzlər. Bu gün Azərbaycanda əmin-amanlıqdır və ona görə də turistlər ölkəmizə gəlir”.

M.Quliyev bildirib ki, müasir Azərbaycan gəncləri artıq 10-15 il bundan əvvəlki gənclər deyil: “Onlar tam azad, müasir dünyanın insanlarıdır. Bu da ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev uğurla bu siyasəti davam etdirir. Azərbaycan tolerantlığı və dini dözümlülüyü ilə dünya üçün nümunədir. Bütün insanlar dinindən, irqindən asılı olmayaraq, ölkəmizdə özlərini çox rahat hiss edirlər. Mədəniyyətimiz sürətlə inkişaf edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti