...

İtaliya televiziyasında Azərbaycanla bağlı xüsusi buraxılış yayımlanıb

Siyasət Materials 3 İyul 2017 20:47 (UTC +04:00)
İtaliyanın televiziya kanalında Azərbaycan ilə bağlı xüsusi buraxılış yayımlanıb.
İtaliya televiziyasında Azərbaycanla bağlı xüsusi buraxılış yayımlanıb

Bakı. Trend:

İtaliyanın televiziya kanalında Azərbaycan ilə bağlı xüsusi buraxılış yayımlanıb.

Trend-in məlumatına görə, İtaliyanın “SKY 835 AB Channel” kanalının “Eurasia News TV” proqramı 30 iyun buraxılışını Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və 28 May Respublika Günü münasibətilə mayın 24-də Romada təşkil olunmuş Azərbaycan musiqi və rəqslərindən ibarət “Odlar Diyarının səsləri və ritmləri” adlı konsertə və iyunun 22-24-də Romanın tarixi "Casa del Cinema" kino evində keçirilmiş İtaliyada Birinci Azərbaycan Film Festivalına həsr edib.

Proqramda hər iki mədəni tədbirdən fraqmentlər təqdim olunub, onlar haqda ətraflı məlumat verilib. Həmçinin, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən, eləcə də tədbirlərdə əsas qonaq qismində iştirak edən şəxslərdən müsahibələr təqdim edilib.

Verilişin aparıcısı hər iki tədbirin italyan tamaşaçılar tərəfindən böyük maraqla izlənildiyini, bu kimi tədbirlərin Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verməsi ilə yanaşı, Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin İtaliyada daha da yaxından tanıdılması üçün faydalı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti