...

Elmar Məmmədyarov Türkmənistanın yeni səfirini qəbul edib (FOTO)

Siyasət Materials 5 İyul 2017 15:48 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib.
Elmar Məmmədyarov Türkmənistanın yeni səfirini qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə səfir Mekan İşanquliyev etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Səfir M.İşanquliyev ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfir M.İşanquliyevə diplomatik fəaliyyətində uğurlar uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti