...

BMT-dəki daimi nümayəndəlik: Ermənistanın Azərbaycanın dinc sakinlərinə hücumları Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə zərər vurur

Siyasət Materials 6 İyul 2017 16:27 (UTC +04:00)
Ermənistan Azərbaycanın qoşunların qarşıdurma xəttinə yaxın bölgələrində məskunlaşmış dinc sakinlərə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı sistemli, məqsədyönlü hücumlar həyata keçirir
BMT-dəki daimi nümayəndəlik: Ermənistanın Azərbaycanın dinc sakinlərinə hücumları Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə zərər vurur

Bakı. Elmira Tariverdiyeva - Trend:

Ermənistan Azərbaycanın qoşunların qarşıdurma xəttinə yaxın bölgələrində məskunlaşmış dinc sakinlərə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı sistemli, məqsədyönlü hücumlar həyata keçirir.

Trend-in məlumatına görə, bu, Azərbaycanın BMT-də və Cenevrədəki digər təşkilatlardakı daimi nümayəndəliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Ermənistanın Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə hücumları beynəlxalq humanitar hüquq və insan hüquqlarının, o cümlədən Cenevrə Konvensiyasının və bu konvensiyaya 1 nömrəli əlavənin, Uşaq Hüquqları Konvensiyası və insan hüquqlarının və digər azadlıqların müdafiəsi konvensiyalarının kobud şəkildə pozulması deməkdir.

Bəyanatda deyilir: “Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu cəbhə xəttində uzunmüddətli gərginliyin və davam edən insidentlərin əsas səbəbidir və Ermənistanla Azərbaycan arasında münaqişənin həll olunması qarşısında əsas əngəldir. 2017-ci ilin iyununda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən sonra onlar münaqişədə substantiv danışıqlara başlamağı təklif edərək status-kvonun dəyişdirilməsinə çağırıb. Lakin Ermənistan tərəfi bu çağırışlara dinc sakinlərin qətli ilə qarşılıq verdi. Vəziyyəti gərginləşdirməklə Ermənistan münaqişənin nizamlanmasını zərbə altına qoymaq məqsədi güdür”.

Bəyanatda o da vurğulanır ki, Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan torpaqlarının qanunsuz işğalını dayandırmağı, qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağı və münaqişənin həlli prosesində konstruktiv iştirakını tələb etməyə çağırıb.

Bəyanatda qeyd olunur: “Hazırkı vəziyyətlə bağlı məsuliyyət tamamilə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti