...

Qənirə Paşayeva bir sıra dövlətlərin rəsmilərini Alxanlı faciəsi ilə bağlı məlumatlandırıb (FOTO)

Siyasət Materials 6 İyul 2017 17:01 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində bir sıra ölkələrin dövlət nümayəndələrinə iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribatla bağlı məlumat verib.
Qənirə Paşayeva bir sıra dövlətlərin rəsmilərini Alxanlı faciəsi ilə bağlı məlumatlandırıb (FOTO)

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində bir sıra ölkələrin dövlət nümayəndələrinə iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribatla bağlı məlumat verib.

Trend-in məlumatına görə, millət vəkili Malta prezidenti xanım Marie-Louise Coleiro-Precaya, Aralıq Dənizi Birliyinin Baş katibi Fathallah Sijilmassi, Solomon Adalarının naziri Samuel Manetoaliye, Burkino Fasonun Gənclər və İdman naziri Tairou Bangreye, Afrika ölkələrinin tanınmış QHT rəhbərləri və tanınmış təşkilat nümayəndələri ilə görüşüb.

Deputat görüşdə işğalçı Ermənistanın qətlə yetirdiyi 2 yaşlı balaca Zəhradan və Ermənistanın cinayətlərindən danışıb.

Millət vəkili Q.Paşayeva deyib ki, bütün dünya ictimaiyyəti etnik və dini kimliyindən asılı olmayaraq, bu cinayətlərə etiraz səslərini yüksəltməlidir. O, beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktlarına səssiz qalmamağa çağırıb.

Millət vəkili onlara Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün barədə və Ermənistanın yerinə yetirməkdən imtina etdiyi beynəlxalq təşkilat qətnamələri barədə də geniş məlumatlar verib.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti