...

Misirin sabiq XİN rəhbəri: Belə vəhşilik cəzasız qalmamalıdır

Siyasət Materials 6 İyul 2017 17:25 (UTC +04:00)
Belə vəhşilik cəzasız qalmamalıdır.
Misirin sabiq XİN rəhbəri: Belə vəhşilik cəzasız qalmamalıdır

Bakı. Trend:

Belə vəhşilik cəzasız qalmamalıdır.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Misirin ictimai-siyasi xadimi, ölkənin sabiq xarici işlər naziri, millət vəkili Məhəmməd Əl-Orabi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini qəsdən atəşə tutmasını, nəticədə kəndin iki sakinin, biri qadın, digəri isə iki yaşlı uşaq olmaqla öldürülməsi ilə bağlı deyib.

Bu hadisəni şiddətlə pisləyən sabiq nazir açıqlamasında münaqişənin müasir dünyada yaşlıları, qadınları, uşaqları vəhşicəsinə öldürməklə deyil, əksinə beynəlxalq hüquq və normaları, o cümlədən BMT TŞ-nin sözüdən münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələr əsasında həll olunmasının zəruriliyini vurğulayıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti